“Rusiyada sosial ədalət yoxdur” – SSRİ-nin sabiq Baş naziri sovet ideologiyasını qaytarmağa çağırıb

“Sovet təcrübəsindən ədaləti və ideologiyanı qaytarmalıylq”.

Azpost.info xəbər verir ki, bunu SSRİ Nazirlər Sovetinin keçmiş sədri, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov deyib.

“Bu gün bizim milli ideyalarımız yoxdur, baxmayaraq ki, o, bir çox ölkələrdə mövcuddur. Bu dövlətlərin konstitusiyalarında bu dövlətin hansı məqsədi güddüyü qısa və yığcam şəkildə göstərilir. Onda xalq nə üçün yaşadığını bilir”, – Rıjkov bildirib.

Rıjkov qeyd edir ki, müasir Rusiyada sosial ədalət çatışmır və bu prinsip Sovet İttifaqının dağılması zamanı pozulub.

Azpost.info

Əvvəlki məqalə

Putin gələn həftə Minskə gedəcək

Sonrakı məqalə

Dünən yol qəzalarında 9 nəfər ölüb