Moskvada “İnterpol”un sorğusu ilə gənc milyarder, Rusiya Xarici Kəşfiyyat Xidmətinin generalı Aleksey Korotayevin oğlu Aleksey (atası ilə eyni adı daşıyır) saxlanılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Korotayev paytaxt metrosunda kameralar vasitəsilə müəyyən edilib.
“İnterpol” A.Korotayevi dələduzluqda və etibardan sui-istifadədə şübhəli bilən İsveçrə hakimiyyətinin tələbi ilə axtarışa verib.
Əvvəllər Korotayevin adı Niderlandın “Roda” futbol klubunu (səhmlərin 20 faizini əldə edib) almaq planları və idmana milyonlarla investisiya yatırması ilə bağlı hallanırdı.
Korotayev həm Rusiya, həm İsveçrə vətəndaşıdır.
Azpost.info