Rusiyalı milyarder, “AFK Sistema” şirkətinin təsisçisi Vladimir Yevtuşenkov Qərbin sanksiyalarından sonra holdinqin direktorlar şurasını tərk edib.
Azpost.info xəbər verir ki, bu barədə şirkətdən bildiriblər. 2021-ci il üçün Rusiyanın 200 ən varlı iş adamı siyahısında 41-ci yerdə qərarlaşan Yevtuşenkovun sərvəti 3,4 milyard dollar olaraq qiymətləndirilib.
Digər oliqarxlarla birlikdə o, aprelin 13-də Britaniyanın sanksiyalarına məruz qalıb. Həmin gün o, şirkətin səhmlərinin 10 faizini oğlu Feliksin adına keçirərək öz payını 49,2 faizə endirib.
Azpost.info