Rusiyanı tərk edən xarici şirkətlər federal büdcəyə “komissiya” şəklində 20 milyard rubl köçürüblər.
Azpost.info xəbər verir ki, elektron büdcənin məlumatlarına əsasən, vəsait 2022-ci ilin dekabrından 17 aprel 2023-cü il tarixinədək köçürülüb.
Hökumətdəki mənbə bildirib ki, köçürmələr dekabrda 3 milyard rubl, 2023-cü ilin əvvəlindən isə 17 milyard rubl olub.
Hökumətin tələblərinə görə, xarici şirkətlər Rusiyada biznesin satışı üçün əməliyyat məbləğinin ən azı 10 faizini büdcəyə ödəməlidirlər. Bu halda aktivlər müstəqil qiymətləndirmə zamanı müəyyən ediləcək dəyərin ən azı 50 faizi qədər endirimlə satılmalıdır.
2023-cü ilin mart ayında səlahiyyətli orqanlar tələblərə düzəliş edib: indi şirkətlər satışda endirim 90 faizdən az olarsa, biznesin bazar dəyərinin ən azı 5 və bazar dəyərinin ən azı 10 faizini büdcəyə yönəltməlidirlər.
Rusiya prezidenti Vladimir Putin xarici şirkətlərdən toplanan vəsaitin ölkədə turizm infrastrukturunun inkişafına yönəldilməsi barədə göstəriş verib.
Hökumət 2022-ci ilin martında Rusiyada biznesin “dost olmayan” ölkələrdən olan əcnəbilərə satışını məhdudlaşdırıb. Daha sonra Nazirlər Kabineti onlara əqd iştirakçıları haqqında məlumatı əks etdirən ərizəni hökumət komissiyasına təqdim etməyi və onun razılığını almağı tapşırıb.
“Financial Times” hökumət komissiyasına yaxın mənbəyə istinadən yazır ki, Rusiyadakı aktivlərinin satışı üçün təxminən 2000 şirkət ərizə təqdim edib. Bununla belə, komissiya ayda üç dəfə toplanır və hər iclasda yeddidən çox olmayan ərizəyə baxılır. Bu templə, yalnız mövcud müraciətlərə baxılması təxminən səkkiz il çəkəcək.
Azpost.info