Rusiyanı tərk edən Putinin sabiq nümayəndəsi Çubays İsraildə üzə çıxdı –FOTO

Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubays həyat yoldaşı Avdotya Smirnova ilə Tel-Əvivin “Ben-Qurion” hava limanında görünüb.

Azpost.info xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Çubays mühafizəçilərin müşayiəti ilə hava limanını tərk edib.

“Moskva Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın taleyini izləmir”. Bunu Kremlin sözçüsü Dmitri Peskov Çubaysın İsrail hava limanında görünməsini şərh edərkən deyib.

Peskov qeyd edib ki, Kremlin Çubaysın hərəkətlərini izləməyə nə imkanı, nə də istəyi var: “Onun xaricdə olduğu məlumdur, bizdə işləmir”.

Xatırladaq ki, Çubays Ukraynada hərbi əməliyyatın başladılmasında az sonra Rusiyanı tərk edib.

Azpost.info

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Sonrakı məqalə

Kremlə bağlı oliqarxların müəmmalı intiharı –