Rusiyanın 21 aviaşirkətinə Avropa İttifaqına uçmaq qadağan edildi

Avropa İttifaqı Rusiya tərəfindən sertifikat verilmiş 21 aviaşirkətin uçuşlarını məhdudlaşdırmaq barədə qərar qəbul edib.

Azpost.info Avropa İttifaqının rəsmi saytına istinadən bildirir ki, bununla bağlı rəsmi bəyanat açıqlanıb.

Bəyanatda deyilir ki, Avropa Komissiyası Rusiya tərəfindən sertifikatlaşdırılmış 21 şirkətə ittifaq daxilində uçuşlara məhdudiyyətlər qoyub.

“Açıqlanan yeni siyahı beynəlxalq təhlükəsizlik standartlarına uyğun gəlmədiyi üçün Avropa İttifaqında fəaliyyətinə qadağa qoyulan və ya fəaliyyət məhdudiyyəti qoyulan aviaşirkətlərin siyahısıdır”.

Nəqliyyat məsələləri üzrə komissar Adina Valean bildirib ki, Rusiyanın “Rosaviasiya” şirkəti rus aviakampaniyalarına sertifikat olmadan yüzlərlə xarici təyyarədən istifadə etməyə icazə verib. Rus aviaşirkətləri bunu bilərəkdən ediblər: “Bu, beynəlxalq təhülksəzilik standartlarının pozulmasıdır və uçuşar üçün təhlükə yaradır”.

Bundan əvvəl Avropa İttifaqı sanksiyalar çərçivəsində Rusiya təyyarələri üçün səmanı bağlamışdı.

Əvvəlki məqalə

Taleh Kazımov Mərkəzi Bankın yeni sədri olacaq?

Sonrakı məqalə

“NATO-nun genişlənməsi Avropaya təhlükəsizlik gətirməyəcək” –