“Rusiyanın 300 milyardını Ukraynaya vermək oğurluqdur” –PESKOV

“Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə açıq oğurluq olardı”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belə bir qərar qeyri-qanunidir və əlbəttə ki, müvafiq cavab tələb edir. Bunu düşünəcəyik. Bu, faktiki olaraq açıq oğurluq olacaq”, – Peskov jurnalistlərə deyib.

Qeyd edək ki, G7 ölkələri Ukraynanın bərpasını maliyyələşdirmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə edir.

Peskov əlavə edib ki, belə danışıqlar barədə diplomatik kanallar vasitəsilə Kremlə heç bir məlumat verilməyib. Rusiya Mərkəzi Bankı sanksiyalara görə dondurulmuş 300 milyard dollar ehtiyatına çıxışı itirib. Aİ liderləri bu məbləği Ukraynaya ötürməyi nəzərdə tutublar.

Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynanın bərpasını maliyyələşdirmək üçün Rusiyanın dövlət aktivlərinin müsadirəsinə hazır olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ukraynada müharibəyə nə son qoya bilər? –

Sonrakı məqalə

İƏT PA-nın Üçüncü Konfransında Bakı Bəyannaməsi qəbul edilib