“Avropa İttifaqı Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının davam etdirilməsi fonunda Moskvaya təzyiq göstərmək xəttinə tam sadiqdir”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.
Onun sözlərinə görə, Brüssel hazırda Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər, o cümlədən dövlətin dondurulmuş aktivləri ilə bağlı işləri davam etdirir.
“Onuncu sanksiyalar paketi hazırlanır. Rusiyanın dondurulmuş aktivlərinə gəlincə, onların Kiyevin xeyrinə, Ukraynanın bərpası üçün istifadə edilməsi ədalətli və qanunidir”, – Mişel deyib.
Azpost.info