Rusiyanın Belqorod vilayətində xüsusi vəziyyət elan edildi –Silahlı dəstə müqavimət göstərir, əhali köçürülür

Ukraynadan Rusiyanın Belqorod vilayətinə daxil olan “Azad Rusiya” legionun hərbi qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilir. Bununla bağlı Belqorod vilayətində xüsusi vəziyyət elan edilib. 

Azpost.info bildirir ki, bu barədə vilayətin qubernatoru Qladkov telegram-kanalında yazıb.

“Vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bu gündən anti-terror əməliyyatı ilə bağlı xüsusi vəziyyət elan olunur. Bununla bağlı xüsusi tədbirlər və müvəqqəti məhduduiyyətlər tətbiq edilir“-deyə qubernator elan edib.

Xüsusi vəziyyət şəraitində sənədlərin yoxlanması, əhalinin yaşayş yerindən müvəqqəti çıxarılması, telefon danışıqlarına nəzarət, yaşayış binalarına əməliyyat iştirakçılarının girişinə razılıq verilməsi və.s məsələlər daxildir.

Hazırda hərbi qruplaşmaya qarşı əməliyyat tədbirləri aparılır.

 

Əvvəlki məqalə

Vilnüsdə Litva-Azərbaycan Biznes Forumu keçirilib –

Sonrakı məqalə

Xamenei Əli Şəmxanini rəhbərliyin müşaviri təyin edib