“Rusiyanın cavab verməsi üçün əlimizdən gələni edəcəyik”

“Kanada Rusiyanın Ukraynada yerli əhaliyə qarşı törətdiyi kütləvi qanlı cinayətlərə görə cavab verməsi üçün əlindən gələni edəcək”.

Azpost.info xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib. “Ukraynadakı mülki qətlləri qətiyyətlə pisləyirik. Ukrayna xalqına dəstək üçün əlimizdən gələni etməyə davam edəcəyik. Bu dəhşətli dəhşətli hərəkətlərə görə məsuliyyət daşıyanlar cavab verəcəklər”, – Trüdo bildirib.

Öz növbəsində Kanadanın xarici işlər naziri Melani Coli vurğulayıb ki, Ukraynada, o cümlədən Buçada günahsız mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı məlumatlar onarı şoka salır: “Kanada günahkarların məsuliyyətə cəlb edilməsinə əmin olmaq üçün müharibə cinayətlərini araşdırmaq da daxil olmaqla, mümkün olan hər şeyi edəcək”.

Azpost.info

Əvvəlki məqalə

Qubada torpaq sürüşüb

Sonrakı məqalə

Qərbin sanksiyalarını Rusiyada icra edənlər həbs olunacaq