Rusiyanın Çin hakimiyyətindəki əsas müdafiəçisi postunu itirdi

Çin hökumətinin əsas rusiyapərəst məmuru, Moskva ilə Pekin arasında “sərhədsiz dostluq” ifadəsinin müəllifi Le Yuçen son rəsmi postunu da itirib.

Azpost.info xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Ukraynada müharibə başlamazdan əvvəl xarici işlər nazirinin müavini vəzifəsində çalışan və Rusiyanın işğalını açıq şəkildə dəstəkləyən azsaylı diplomatlardan biri olan 60 yaşlı Le Yuçen Dövlət Televiziya və Yayım Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.

Le Yuçen ötən ilin yayında Çin dövlət təbliğatının kuratoru vəzifəsinə təyin edilmişdi. Sonra o Çin Xarici İşlər Nazirliyinin üçüncü şəxsi statusunu itirdi. Bir neçə ay sonra, oktyabrda Le Yuçen Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər siyahısından da çıxarıldı.

Le Yuçenin karyera fiaskosunun mümkün səbəblərindən biri onun Ukrayna ilə müharibənin başlanacağını proqnozlaşdırmaqda aciz olmasıdır.

Mətbuat yazır ki, Rusiya-Çin yaxınlaşmasının memarı olmuş və son illərdə bütün əsas ikitərəfli sazişlərin hazırlanmasında şəxsən iştirak edən Le Yuçenin gedişi ilə Çin Xarici İşlər Nazirliyinin rəhbərliyində Rusiya üzrə bir dənə də olsun peşəkar mütəxəssis qalmayıb.

Le Yuçenin istefası Çin xarici işlər naziri Qin Qanın işdən çıxarılmasından bir neçə gün sonra baş verib. O, ötən ilin dekabrından Xarici İşlər Nazirliyinə rəhbərlik edib və yayda Rusiya diplomatları ilə Pekində görüşdən sonra qəfildən yoxa çıxıb. Qanın istefasından sonra Çinin Ukrayna ilə bağlı “sülh planı”nın “memarı” Van İ xarici işlər naziri postuna qayıdıb.

Azpost.info

 

Əvvəlki məqalə

Mopedlərin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradacaq

Sonrakı məqalə

XİN Ceyhun Bayramovla Hakan Fidanın müzakirə etdiyi məsələləri