Ukraynada gedən döyüşlər zamanı Rusiyanın 31-ci Ulyanovsk hava desant-hücum briqadasının komandiri, polkovnik Andrey Kondraşkin həlak olub.
Azpost.info bildirir ki, bu barədə “Rosqvardiya”nın Donetskdəki idarəsinin rəis müavini Aleksandr Xodakovski teleqram -kanalında bildirib.
Müdafiə Nazirliyinin saytında bildirilir ki, 2017-ci ilin sonunda Ulyanovsk desant briqadası Rusiya Hərbi Hava Qüvvələrinin hava hücumu birləşmələri arasında ən yaxşısı kimi tanınıb. KİV-in məlumatına görə, briqada Qostomel uğrunda döyüşlərdə iştirak edib.
Andrey Kondraşkinin bundan əvvəl 56-cı Qvardiyanın Əlahiddə Hava Hücum Briqadasına da komandanlıq edib. 2020-ci ildə verdiyi müsahibədə o, üç silahlı münaqişədə iştirak etdiyini söyləyib.
Azpost.info