“Rusiyanın diplomatik mülkiyyətinə qəsd cavabsız qalmayacaq”- Moskvadan Varşavaya ultimatum

“Polşa hakimiyyətinin Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin ərazisini ələ keçirmək məqsədi ilə zəbt etməsi 1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Həmçinin Rusiyanın diplomatik mülkiyyətinə növbəti qəsddir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu addım cavabsız qalmayacaq.

“Varşavanın sivil dövlətlərarası kommunikasiya çərçivəsindən kənara çıxan bu cür qanunsuz addımı bizim sərt reaksiyamız və Polşanın Rusiyadakı maraqları üçün nəticələrsiz qalmayacaq”, – Zaxarova deyib.

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev aprelin 29-da səhər saatlarında Polşa polisinin əməkdaşları və paytaxt  meriyasının nümayəndələrinin daxil olduğu məktəb binasına gəlib. Diplomat Rusiya tərəfinin Varşavanın hərəkətlərinə etiraz edəcəyinə söz verib. Andreyev bunu qeyri-qanuni hərəkətlər adlandıraraq, söhbətin diplomatik obyektin ərazisinə təcavüzdən getdiyini vurğulayıb. Rusiya səfirliyinin müşaviri Andrey Ordaş qeyd edib ki, Polşa hakimiyyəti məktəb işçilərinə binanı tərk etmək üçün saat 19:00-a qədər vaxt verib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda “Formula 1” daha 3 il keçiriləcək –

Sonrakı məqalə

Rusiya və Türkiyə razılığa gəldi