Avropa İttifaqı 10-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın dövlət mediasının birlik ərazisində yayımına qoyulan qadağanı uzatmağı planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu tədbir məhdudiyyətlərin yeni siyahısının ilkin variantına daxil edilib.
Rusiya dövlətinin nəzarətində olan KİV-lər Aİ və onun qonşuları əleyhinə təbliğat aparmaqda, faktları manipulyasiya və təhrif etməkdə ittiham olunur.
Azpost.info