Rusiyanın helikopteri və PUA-ları vurulub

Ukrayna müdafiəçiləri bu gün Rusiyaya məxsus bir Mi-24 helikopterini və dörd pilotsuz təyyarəni vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə, “Orlan-10” və “Zala” adlı iki kəşfiyyat PUA-sı, həmçinin “Lanset” tipli iki kamikadze dronu məhv edilib.

Bundan əlavə, Ukraynanın raket qoşunları və artilleriya bölmələri son sutka ərzində Rusiya ordusunun bir sursat anbarını vurub.

“Düşmənin canlı qüvvəsinin cəmləşdiyi 3 məkan da vurulub”, -deyə Baş Qərargahın məlumatında deyilir.

Əvvəlki məqalə

Ağstafada kömür sexində partlayış olub, ölənlər var –

Sonrakı məqalə

Avropa ölkələri Azərbaycan qazının idxalına nə qədər pul xərcləyib? –