“Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün çox çalışırıq”- Ursula fon der Lyayen

“Avropa İttifaqı anti-Rusiya sanksiyalarının doqquzuncu paketini hazırlayır”.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə istinadən yazıb.

“Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini daha da zəiflətmək üçün çox çalışırıq. Hazırda  doqquzuncu sanksiyalar paketi üzərində tam sürətlə işləyirik”, – Ursula fon der Lyayen Finlandiyaya rəsmi səfəri zamanı bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Səbuhi Məmmədli əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir”

Sonrakı məqalə

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir