“Rusiyanın enerji resurslarının Qərb dövlətlərindən savayı kifayət qədər alıcısı var”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı ilə danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
“Bizim enerji resurslarımızın kifayət qədər alıcıları var, biz onlarla işləyəcəyik. Qoy Qərb Rusiya Federasiyasına ödədiyindən qat-qat artıq pul ödəsin və öz əhalisinə niyə yoxsullaşmalı olduqlarını izah etsin”, – deyə Rusiya XİN başçısı qeyd edib.