“Rusiyanın regionlarına dron hücumu Kiyevin küncə sıxışdığını göstərir”- ZAXAROVA

“Ukrayna dronlarının Rusiya regionlarına kütləvi hücumu Kiyev rejiminin aqoniya vəziyyətində olmasının sübutudur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Qərbin ssenarisi ilə hərəkət edərək özünü çıxılmaz vəziyyətə salıb.

“Nifrət, bədxahlıq, Qərbin ssenarisi üzrə inkişafda heç bir perspektivin olmaması – bütün bunlar bu terror fəaliyyətinə gətirib çıxardı. Aydındır ki, başqa variantları yoxdur. Onları küncə sıxıblar. Əslində ora özləri özlərini sıxışdırdılar”, – Zaxarova bildirib.

Azpost.info

Əvvəlki məqalə

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Sonrakı məqalə

Sülhməramlılar Ağdam -Xankəndi yoluna tikanlı məftil düzüb –