“Rusiyanın təhdidlərinin davam etdiyi müddətdə ikitərəfli münasibətlər normallaşa bilməz”- Boris Conson

Rusiya nə qədər ki Böyük Britaniyanın və onun müttəfiqlərinin təhlükəsizliyini təhdid edəcəksə, bu müddətdə rəsmi Londonla Moskva arasında münasibətlər normallaşa bilməz.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Britaniyanın Baş Naziri Boris Conson Berlində Liviya üzrı beynəlxalq konfrans çərçivəsində Rusiya Prezidenti Vladimir Putinə deyib. Məlumatı Britaniya hökuməti rəhbərinin dəftərxanası yayıb.

“Baş Nazir Rusiyanın Böyük Britaniyanı və onun müttəfiqlərini təhdid edən, vətəndaşlarımızın təhlükəsizliyini və kollektiv təhlükəsizliyi pozan hərəkətləri dayandırmayacağı müddətdə ikitərəfli münasibətlərimizdə heç bir normallaşmanın olmayacağını deyib”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Sonrakı məqalə

Zirəddin Rzayevdən 10 yaşlı Nərminin qətlilə bağlı