BMT-nin İstanbuldakı nümayəndələri Rusiyanın “taxıl sazişi” iştirakının dayandırılması ilə bağlı bildiriş alıb.
Azpost.info xəbər verir ki, bu barədə BMT-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Moskva razılaşmanın uzadılmasına etirazı barədə Ukrayna və İstanbulu xəbərdar edib. Oxşar mesaj BMT katibliyinə də göndərilib.
Qeyd edək ki, “taxıl sazişi” bu gündən icarsını dayandırır. Rusiya tərəfi bu gecə Krım körpüsündə baş vermiş terror hücumunun Moskvanın sazişdə iştirak etmək qərarına təsir etmədiyini bildirib.
Azpost.info