Rusiyanın Belqorod vilayətində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib.
Bu barədə RİA Novosti xəbər yayıb.
Yanğının səbəbi dəqiqləşdirilir.
Vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib ki, yanğınlar eyni zamanda 3 rayonda baş verib.
Bir sıra rəylərə görə, partlayışlar şəhər ətrafındakı hərbi anbarlarda baş verib.
Yanğın zamanı itkilərin olub olmaması araşdırılır.