“Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır…”- NATO BAŞ KATİBİ

“Rusiyanın Ukraynada nüvə silahından istifadə ehtimalı azdır, lakin NATO bunu çox ciddi qəbul edir”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

Baş katib onu da bildirib ki, nüvə müharibəsi olacağı təqdirdə heç bir tərəf qalib ola bilməz.

“Rusiyanın Ukraynada nüvə silahından istifadə riski azdır, lakin nəticələri böyük olacaq. Ona görə də biz buna çox ciddi yanaşırıq. Rusiya özünü məsuliyyətsiz və ehtiyatsız aparır. Nüvə silahları münaqişənin xarakterini dəyişəcək. Nüvə müharibəsində qaliblər olmayacaq”, – Stoltenberq bildirib.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanın muxtariyyət statusunun ləğv olunacağı ilə bağlı iddialara münasibət bildirib

Sonrakı məqalə

Türkiyədə inflyasiya növbəti dəfə rekordunu yeniləyib