Rusiya ordusunun Xarkov şəhərini atəşə tutması nəticəsində 170 dinc sakin həlak olub.
Bu barədə Xarkov vilayəti üzrə İstintaq İdarəsinin rəisi Sergey Bolvinov “Facebook”da məlumat verib.
“08.03.22-ci il saat 18.00-a olan məlumata görə, Xarkov və bölgədə 5-i uşaq olmaqla 170 dinc sakin öldürülüb. Təkcə son 24 saat ərzində Xarkovda 27 dinc sakin öldürülüb.”, – deyə Sergey Bolvinov bildirib.