“Rusiyanın Xersondan geri çəkilmə qərarını çoxdan bilirdik”- ABŞ prezidenti

“Bu, Rusiya ordusunun böyük problemlərindən xəbər verir”.

Azpost.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiya müdafiə nazirinin Xersondan geri çəkilmək əmrini belə şərh edib.

O, həmçinin Moskvanın qərarını elan etmək üçün ABŞ-dakı seçkilərin nəticələrini gözləməsi faktını “maraqlı” adlandırıb. Baydenin sözlərinə görə, Vaşinqton bunu çoxdan bilirdi.

ABŞ prezidenti həmçinin bildirib ki, İndoneziyada keçiriləcək sammitdə G20-nin digər üzvləri ilə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyi planlaşdırır.

Azpost.info

Əvvəlki məqalə

Meyxanaçı Rəşad Dağlı prokurorluğa gətirilib –

Sonrakı məqalə

“Rusiya müharibə zamanı ən azı 100 min əsgərini itirib”