Rusiyaya birləşdirilən bölgələrin vətəndaşlarına Şengen vizaları verilməyəcək

Rusiyaya birləşdirilən dörd regionun, eləcə də Rusiyada müstəqil kimi tanınan Abxaziya və Cənubi Osetiyanın vətəndaşlarına Şengen vizaları verilməyəcək.

Azpost.info xəbər verir ki, Avropa Parlamenti barədə razılaşmaya səs verib.

Parlamentin 531 üzvü sənədin lehinə, 7-si əleyhinə səs verib. 34 nəfər bitərəf qalıb.

Eyni zamanda, Ukraynadakı münaqişə səbəbindən ölkəni tərk edən vətəndaşlar üçün də istisnalar ediləcək. İstisnalar bu ərazilərdə müvafiq sənədlərin verilməsindən əvvəl Rusiya pasportlarına malik olan və ya sənəd qəbul edərkən yetkinlik yaşına çatmayan Rusiya vətəndaşlarına da aiddir.

Azpost.info

Əvvəlki məqalə

Sabiq icra başçısı məhkəmədə rüşvətlə bağlı özünü təqsirli bilib –

Sonrakı məqalə

Andrey Sipilin Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib