“Rusiyaya gələ bilmərəm…”- Braziliya prezidenti Putinin dəvətini rədd etdi

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Vladimir Putinin Sankt-Peterburqa səfər dəvətini rədd edib.

Azpost.info xəbər verir ki, o, bu barədə Rusiya prezidenti ilə telefon danışığından sonra bildirib.

“Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Foruma dəvətə görə Putinə təşəkkür etdim və cavab verdim ki, indi Rusiyaya gələ bilmərəm”, – Silva deyib.

Eyni zamanda o, Rusiya və Ukrayna arasında sülh danışıqlarında iştirak etməyə hazır olduğunu təsdiqləyərək bildirib ki, Braziliya Hindistan, İndoneziya və Çinlə birlikdə sülhə nail olmaq üçün münaqişənin hər iki tərəfi ilə danışıqlar aparmağa hazırdır.

Çin kimi Braziliya da özünü neytral dövlət və müharibə edən tərəflər arasında vasitəçi kimi təqdim etməyə çalışır.

Azpost.info

Əvvəlki məqalə

İnsanlar üzərində dəhşətli təcrübələr aparılan laboratoriya tapıldı –

Sonrakı məqalə

FHN Bulvarda gecə dənizdə batan gənci xilas edib –