Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində bir çox malların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını müzakirə edir.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.
Həmçinin transponderləri söndürən gəmilərə qarşı ayrıca tədbirlər görülə bilər. Bundan başqa, yeni sanksiyalar paketi çərçivəsində Aİ daha 30-a yaxın rusiyalını “qara siyahı”ya salacaq.
Eyni zamanda, ABŞ və Yaponiya öz sanksiyalar paketlərini hazırlayır. “Bloomberg” qeyd edir ki, ölkələr müstəqil şəkildə yeni məhdudlaşdırıcı tədbirlər görəcəklər, lakin onların əvvəlcədən razılaşdırılması planlaşdırılır.
Növbəti məhdudiyyətlərin əsas məqsədi ğtən sanksiyalardakı “boşluqları” bağlamaqdır. Yeni sanksiyaların G7 liderlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) may ayının ortalarında keçiriləcək sammitində elan ediləcəyi gözlənilir.
Azpost.info