Rusiyaya qarşı sanksiyaların ləğvi nədən keçir? –Almaniya kansleri açıqladı

Almaniya kansleri Olaf Şolts Rusiyaya qarşı sanksiyaların ləğvinin şərtini açıqlayıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu, yalnız Ukrayna tərəfi ilə məsləhətləşmələrdən sonra baş verə bilər. Şolts bildirir ki, Moskva Kiyevlə razılığa gəlməli olacaq. Mayın 3-də Almaniya hökumətinin başçısı oxşar bəyanatla çıxış etmişdi.

O qeyd etmişdi ki, Rusiya və Ukrayna öz aralarında razılaşmalı və anlaşma əldə etməlidirlər. Lakin bu, Moskvanın öz şərtlərini diktə edəcəyi “məcburi sülh” olmamalıdır.

Azpost.info

Əvvəlki məqalə

Elgizin verilişinə görə ARB-yə cəza verildi –

Sonrakı məqalə

“Finlandiya Ukraynaya 70 milyon ayırır, hərbi texnika göndərir” –