“Rus qoşunlarının “Azovstal” zavodunun müdafiəçilərinə və Mariupolun dinc sakinlərinə vəd etdiyi təxliyə dəhlizi növbəti tələ oldu. Ruslar nəinki zavodun atəşə tutulmasını dayandırmadılar, həm də çıxışa qədər şərti dəhliz boyunca atəş açdılar”.
Azpost.info xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat verib. “Zirehli maşından iri səsgücləndiricilərə təklif edilir ki, 10-15 dəqiqə ərzində təslim olub getsinlər. Bundan sonra işğalçılar qısamüddətli fasilə verərək “Azovstal”dan şərti çıxış sərhədləri daxilində yaşayış zonasını artilleriyadan atəşə tuturlar”, – müşavir deyib.
O, “Teleqram”da dağılmış şəhərin üzərində güclü partlayışın baş verdiyi fotonu da dərc edib və qeyd edib ki, fotoda “yaşıl dəhliz”in nəticəsini dəqiq görmək olur. Qeyd edək ki, rus qoşunlarının ötən gecə Mariupoldakı “Azovstal” zavoduna 35 hava zərbəsi endirdiyi bildirilir.
Azpost.info