Ruslar mənzillərini dron zərbələrindən sığortalamağa başlayıblar

Ruslar Ukrayna dronlarının Rusiyaya hücumlarının intensivləşməsi fonunda hərəkətə keçiblər. Onlar mənzillərini dron zərbələrindən sığortalamağa başlayıblar.

Azpost.info xəbər verir ki, sığortaçıların sözlərinə görə, bir neçə iri şirkət artıq öz xidmətlərində oxşar dəyişikliklər etmək qərarına gəlib. Onlar müştərilərin mənzillərinin sığortasına terror və təxribat riskini (o cümlədən dron hücumları) əlavə edəcəklər.

Bununla belə, sığortaçıların fikrincə, riskin əhatə dairəsi dronun təsirinin və ya düşməsinin rəsmilər tərəfindən necə xarakterizə olunmasından asılı olacaq.

“Rosqosstrax”ın məlumatına görə, həm yeni müştərilər, həm də sığortalılar terror hücumları və pilotsuz təyyarə qəzaları nəticəsində dəyən zərərin ödənilməsində maraqlıdırlar.

Azpost.info

 

Əvvəlki məqalə

Bu il 225 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb –

Sonrakı məqalə

Hərbçilərimiz Kəlbəcərdə bu gün düşmənə belə zərbə vurdular –