Rəsmi statistika Rusiyada orta əmək haqqının 80 min rubl həddinə yaxınlaşdığını bildirsə də, ölkə vətəndaşlarının böyük əksəriyyəti ciblərində bu cür pulları görmür.
Azpost.info xəbər verir ki, “Rosstat”ın məlumatlarına görə, rusların üçdə ikisi (64,4 faiz) ayda 45 min rubldan aşağı gəlirlə yaşayır. Üçdə birindən çoxu (37,7 faiz) ayda 27 min rubla qədər və ya cari məzənnə ilə gündə 9,3 dollar alır.
Hər beşinci ölkə sakini (21,7 faiz) ayda 19 min rubl və ya gündə 6,6 dollardan aşağı gəlirə malikdir. Və sakinlərdən hər səkkizdə biri (11,7 faiz) ayda 14 min rubl və ya gündə 4,9 dollardan aşağı məbləğlə yaşayır.
Rusiyada vətəndaşların yalnız 14,7 faizinin ayda 75 min rubl gəliri var – Serbiya və ya Şimali Makedoniya kimi ən kasıb Avropa ölkələrinin orta əmək haqqı səviyyəsində. Və yalnız 7,6 faiz ayda 100 min rubldan çox (Bolqarıstanda orta əmək haqqı səviyyəsində) alır.
Azpost.info