Səbaildə 2 polis əməkdaşı bıçaqlandı, cinayətkar qaçdı

Bakıda 2 polis əməkdaşı bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Baydenlə Putinin danışığında prinsipial dəyişiklk baş vermədi”-

Sonrakı məqalə

Yazıçı Əfqan 93 yaşında vəfat edib