Şəhid Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olunub –FOTO

Məlum olduğu kimi, ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, dövlətin qayğısı ilə əhatə olunurlar.

Milli Məclis tərəfindən də şəhid ailələri və qazilərlə müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhidlərin ailə üzvlərinin və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir.

Milli Məclisin Mətbuat və ictmaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşa, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib

Sonrakı məqalə

Cudoçumuz Orxan Səfərov qızıl medal qazandı