Şənbə günü havanın temperaturu 42 dərəcəyədək artacaq

Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 25-35 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Son zəng”i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq”

Sonrakı məqalə

ABŞ-da Xristofor Kolumbun şərəfinə ucaldılmış heykəl götürülüb