“Sərhədsiz həkimlər” Mariupoldakı vəziyyəti “fəlakət” adlandırdı

“Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatı Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Mariupoldakı vəziyyəti fəlakət adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın ZDF telekanalı məlumat yayıb. Təşkilatın Ukraynada fövqəladə hallar üzrə koordinatoru Anya Volts bildirib ki, şəhərdəki insan əzablarının həqiqi ölçüsü yalnız gələcəkdə üzə çıxacaq: “Bizdə olan məlumatlardan çıxış edərək əminliklə deyə bilərik ki, bu, tam bir fəlakətdir. Buça, İrpen və Qostomel aysberqin sadəcə görünən tərəfidir”.

Voltsun sözlərinə görə, hazırda Mariupol sakinlərinə tibbi yardım göstərmək üçün heç bir yol yoxdur: “Bəzi könüllülər qaçaqmalçılıq yolu ilə şəhərə dərman gətirməyi bacarır, lakin bu, çox azdır. Bundan başqa, davamlı atəşə tutulan Mariupolda əhaliyə yardım göstərmək üçün həkimlər çatışmır”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda 6 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“TIME” Putin və Zelenskinin reytinqini öyrənir –