Səudiyyə Ərəbistanının qırıcı təyyarəsi qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının Kral Hava Qüvvələrinə məxsus olan F-16S qırıcı təyyarəsi təlim uçuşları zamanı Kral Əbdüləziz Hərbi Bazası yaxınlığında qəzaya uğrayıb.

Bu barədə krallığın Müdafiə Nazirliyinin sözçüsü general Turli Al Malki Saud Press agentliyinə məlumat verib. O diqqətə çatdırıb ki, təyyarənin iki zabitdən ibarət olan ekipajı tullayıcı oturacaqların işə düşməsi nəticəsində sağ qalıb.

Nazirliyin sözçüsü bildirib ki, qəzanın səbəblərinin müəyyən etmək məqsədilə təhqiqat aparılır. Qırıcı təyyarənin düşdüyü ərazidə xəsarət alan olmayıb.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Xankəndi istiqamətindən Şuşaya daxil olduq” –