“Mixeil Saakaşvili son dərəcə zəifləyib və hər keçən gün onun vəziyyəti daha da pisləşir”.
Azpost.info 24News.ge-yə istinadən xəbər verir ki, bu sözləri Saakaşvilinin anası Giuli Alasaniya “Vivamed” klinikasında onu ziyarət etdikdən sonra deyib.
Alasaniyanın sözlərinə görə, o, hələ ki, polşalı həkimlərin keçmiş prezidenti ziyarət etmək üçün Gürcüstana nə vaxt gələcəkləri barədə məlumata sahib deyil: “Şəxsən mənim polşalı həkimlər haqqında heç bir məlumatım yoxdur. Mən çox təəccüblənirəm, çünki onların gəlişi barədə məlumatlardan üç ay keçdi, görünür burada ciddi maneələr var”, – deyə Alasaniya bildirib.
O həmçinin qeyd edib ki, ailə hazırda Mixeil Saakaşvilinin mövcud vəziyyəti ilə bağlı Strasburqa göndərilən müraciətə cavab gözləyir.
Azpost.info