Saakaşvili yayılan fotoları ilə bağlı paylaşım etdi –"Ölmək fikrim yoxdur, yaşamağa hazırlaşıram"

“Mən fiziki vəziyyətimi kiməsə özünü pis hiss etməsi üçün yox, putinçilərin yalanlarını ifşa etmək üçün göstərmişəm”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşımında yazıb.

Qeyd edək ki, Saakaşvilinin bu günkü məhkəməsindən yayılan əzgin və xəstəhal fotoları rezonans doğurub.

“Mən oliqarxın danışan başlarından birinə cavab vermək istəyirəm: Mən heç vaxt ölmək fikrində olmamışam. Ölümdən də qorxmuram. Mən Gürcüstan və Ukrayna üçün yaşamağa hazırlaşıram!“-deyə eks-prezident vurğulayıb.

Saakaşvili deyib ki, Rusiya İmperiyasının dağılmasını və Ukrayna və Gürcüstanın çiçəklənməsini izləmək və iştirak etmək niyyətindədir: “Yaxşısı budur ki, sizə dediklərimə qulaq asın. Gəlin danışıqlara başlayaq, amma pərdə arxasında yox. Polşadakı “Dəyirmi Masa” kimi açıq, şəffaf, insanların iştirakı ilə danışaq”. 

“Bu hər şeydən əvvəl hakimiyyətin dinc keçidi üçün baş tutmalıdır. Əgər öz doğruluğuna əminsinizsə siyasi debatlarda iştirakıma imkan verin. Qoy gürcü xalqı hansı yolun doğru olduğuna qərar versin. Müxalifətə demək istərdim: Biz bunları seçkilərə qədər təxirə salmalıyıq və birliyimizlə əsas məsələyə nail olmalıyıq. Seçkilərdə hər kəsin öz yolu və proqramı olacaq”-deyə Saakaşvili vurğulayıb.

Azpost.info 

 

 

Əvvəlki məqalə

Neft Fondu iyun ayında 78,9 milyon dollar satıb

Sonrakı məqalə

“Asif”, “Vasif” və “Ağasif” 40 ildən sonra bir-birini necə tapdı? –