Saakaşvilinin məhkəməsi keçirilir –FOTO

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.

M. Saakaşvili səhhətindəki problemlərlə əlaqədar iclasa müalicə aldığı klinikadan onlayn şəkildə qoşulub. Məhkəmədə Saakaşvilini müayinə edən ekspertlərin dinləniləcəyi qeyd olunub.

Keçmiş Prezidentin valideynləri və tərəfdarları da məhkəmədə iclasında iştirak edirlər.

İclasla eyni vaxtda “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin binasının ətrafına toplaşıblar.

Əvvəlki məqalə

“Taliban” Kabildəki etiraz aksiyalarını işıqlandıran 3 jurnalisti saxlayıb

Sonrakı məqalə

Sabahın hava proqnozu