Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan yeni görüntüləri paylaşılıb.
Müşahidə kameraları vasitəsilə çəkilmiş kadrlarda sabiq Prezidentin halının pisləşdiyi, hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunur. Kadrların ötən il oktyabrın 6-da çəkildiyi qeyd olunub. (APA)