Saakaşviliyə civə zəhərlənməsi diaqnozu qoyulub- Açıqlama

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə civə zəhərlənməsi diaqnozu qoyulub.

Azpost.info xəbər verir ki, bu barədə siyasətçinin anası Giuli Alasaniya bildirib.

Onun sözlərinə görə, civənin Saakaşvilinin orqanizminə necə daxil olduğu məlum deyil: “Civə zəhərlənməsi onun dərhal azadlığa buraxılması üçün əsas olmalıdır”.

Bir müddət əvvəl vəkili Şalva Xaçapuridze keçmiş prezidentin sol qolunun əzələlərinin atrofiyaya uğradığını, şiddətli ağrılarınln olduğunu demişdi.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb

Sonrakı məqalə

“Rusiyanın nüvə zərbəsi endirməsi ehtimalı aşağıdır”