Sabah hava necə olacaq?

- PROQNOZ
10 İyun 2020 - 13:16

İyunun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 30-35, Bakıda  gecə 19-21, gündüz  33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756  mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  30-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 11-də Abşeron yarımadasında  sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.