Sabah hava necə olacaq?- PROQNOZ

İyunun 17-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

İyunun 17-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda qadın cinsiyyət orqanlarının bədxassəli törəmələrindən 543 nəfər ölüb