Sabah “taxıl sazişi” üzrə növbəti danışıqlar keçiriləcək

Sabah BMT-nin vasitəçiliyi ilə “taxıl sazişi” üzrə növbəti danışıqlar keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən yüksək vəzifəli ukraynalı rəsmi “Reuters”ə bildirib.

Onun sözlərinə görə, görüşdə bütün tərəflər iştirak edəcək. Mənbə görüşün yeri və konkret iştirakçıları barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, 2023-cü ilin martında saziş daha 120 gün uzadıldı. Rusiya Xarici İşlər Nazirliyi onun 60 gün müddətinə uzadılmasını təklif edir.

Azpost.info

Əvvəlki məqalə

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb –

Sonrakı məqalə

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşüb