Sabaha olan hava proqnozu

Aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanolacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Əvvəlki məqalə

“Niyə rus oliqarxlarına pullarını bizdə gizlətməyə imkan verdik?” –

Sonrakı məqalə

Google Rusiya Dumasının “YouTube” kanalını blokladı