Sabiq deputat Ağakərim Şərifova cinayət işi açılıb –

Lənkəran Məhkəməsində baxılacaq
14 Yanvar 2022 - 20:47
Milli Məclisin ikinci çağırış deputatı qanunsuz ağac kəsməkdə ittiham olunur.
Keçmiş deputat Şərifov Ağakərim Şirəli oğlu Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz  qulluq  mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Məmmədovun icraatına verilib.
İş üzrə zərərçəkən qismində vətəndaş Əliyev Cavidan Məzahir oğlu tanınıb.
Qeyd edək ki, A.Şərifov 2000-2005-ci illərdə Milli Məclisin ikinci çağırış deputatı olub.(Lent.az)