Sabiq deputat Ağakərim Şərifova cinayət işi açılıb –Lənkəran Məhkəməsində baxılacaq

Milli Məclisin ikinci çağırış deputatı qanunsuz ağac kəsməkdə ittiham olunur.
Keçmiş deputat Şərifov Ağakərim Şirəli oğlu Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz  qulluq  mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Məmmədovun icraatına verilib.
İş üzrə zərərçəkən qismində vətəndaş Əliyev Cavidan Məzahir oğlu tanınıb.
Qeyd edək ki, A.Şərifov 2000-2005-ci illərdə Milli Məclisin ikinci çağırış deputatı olub.(Lent.az)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həzi Aslanov və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili sığınacağa baş çəkib –

Sonrakı məqalə

“AXC-də dedim ki, ordu xalqı qıracaq, Pənah Hüseynov mənə gülürdü” –