Sabiq prezident Poroşenko Ukraynanı tərk edib

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Polşa ilə sərhədi keçərək ölkəni tərk edib.

Azpost.info xəbər verir ki, Poroşenko üçüncü cəhddə ölkədən çıxa bilib. Bundan əvvəl o, iki dəfə sərhəddən geri qaytarılmışdı. Poroşenkodan başqa onu müşayiət edən şəxslər də ölkəni tərk ediblər.

Bu gün Poroşenko Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək ölkədən çıxmasına şərait yaradılmasını xahiş etmişdi. O bildirib ki, NATO Parlament Assambleyasının iclasında iştirak etmək üçün Niderlanda gedir.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan Rusiya taxılının əsas idxalçısı olaraq qalır” –

Sonrakı məqalə

Moldova Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib