Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır –NAZİRLİK

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır: “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.

Əvvəlki məqalə

Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırıb

Sonrakı məqalə

UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşib