Sabunçu rayonunda evlərdən oğurluq edən keçmiş məhkum tutulub

30 Noyabr 2021 - 14:57

Sabunçu rayonunda evlərdən oğurluq edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, müxtəlif vaxtlarda rayon ərazisindəki iki evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və naqil, bir torpaq sahəsindən isə min manat dəyərində darvaza oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev rayon polis idarəsinin 15-ci polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.